Hələb çölündə Suriya ordusundan kaset bombalı hücum: 3 yaralı

image-bombali-hucumbackend

Suriya ordusunun Hələb vilayətinin qərbindəki Ebzimo kəndinə təşkil etdiyi kaset bombalı hücumda biri körpə olmaqla, 3 mülki şəxs yaralanıb.

Busaat.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Hələbin Keferhalep kəndində yerləşən Suriya ordusu və İranın dəstəklədiyi əcnəbi terrorçu qruplar Hələbin qərbindəki Ebzimo kəndinə beynəlxalq müqavilələrdə istifadəsi qadağan edilən kaset bombaları ilə hücum edib.

Mülki müdafiə mənbələrindən alınan məlumata görə, hücum nəticəsində biri körpə olmaqla, 3 mülki şəxs yaralanıb.

Yaralılara aparıldıqları xəstəxanada tibbi yardım göstərilib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki