“Heydər Əliyev həm bugünkü Azərbaycanın, həm də parlamentin banisidir”.
Busaat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
O qeyd edib ki, Ulu Öndərin qayıdışının parlament binasından başlaması böyük qürur mənbəyidir:
“Bu gün Prezident İlham ƏIiyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi Azərbaycanı dünyada ən uğurlu dövlətlərdən birinə çevirib. Bunun nəticəsidir ki, Azərbaycan hazırda öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır”, – o əlavə edib.