Həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanıldı (FOTO)

Həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanıldı (FOTO)backend

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Busaat.az-a  verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub. Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

Daxili işlər Nazirliyi bir daha xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsini vətəndaşlardan tələb edir.

busaat c1fd36703ca8ed6bd0d6738616a4c21c 0cqg4ve2yiobw6l9nr5m busaat c70e8ec5cb5722547acd6202aa48d009 89lc07xnfgjma4qztopb busaat cfc8f6b407b27c6cde016d4f185c9c61 onuqm6rcjz3bv987s1xk busaat 909ae3640300ad479405c6cbe8af23b6 0cre3q7fv6x9gwuipj5o busaat d5bf1396eaa8ff44d07ccbf4e3c40b64 5tvjybhflaiek0gxnpq3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki