Hikmət Hacıyev televiziya işçilərini TƏBRİK ETDİ

image-7backend

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşım edib.

O qeyd edib ki, 1956-cı ilin məhz bu günündə Şərqdə ilk televiziya ölkəmizdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxaraq xalqımızın siyasi və mədəni həyatında yeni bir mərhələ açıb.

“Bu gün televiziya kanallarımız məzmun və format baxımından daim yenilənir, təqdim olunan hər verilişdə, hər videosüjetdə yaradıcı kollektivin peşəkarlığı və zəhməti aydın hiss olunur. Bu əlamətdar gün münasibətilə televiziya işçilərini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram”, – Hikmət Hacıyev bildirib.

6b370bcc fd6f 440d 9357 a4007b0f09d3

bba1d2f4 4276 4a51 b824 b0b944ab0cef

45f83614 6086 403b a8cd 16da5b313ddc


    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki