Hindistan-Çin sərhədində nə baş verir?

image-ladakhbackend

Hindistan Çin Xalq Azadlıq Ordusunun Şərqi Ladax zonasında başlayan təlimlərini izləyir.

Busaat.az  xəbər verir ki, bu barədə “The Times of India” Hindistanın hərbi mənbələrinə istinadən məlumat verib.

“Çin Şərqi Ladaxdakı təsirli nəzarət xəttindən 100-250 km məsafədə yerləşən Kansivar və Kaşqar bölgələrində illik yay hərbi təlimlərinə başlayıb. Onların fəaliyyətini yaxından izləyirik və faktiki nəzarət xətti (LAC) zonasında təhlükəsizliyin təmin edilməsi üçün Hindistan qoşunlarının əməliyyat hazırlığını qoruyuruq”, – deyə nəşr bildirib.

Mənbələrin sözlərinə görə, Çin ordusu Şərqi Ladaxdakı iki motorlu piyada diviziyasının rotasiyasını başa vurub və ərazidə daimi hərbi infrastruktur yaradır, helikopter meydançaları və artilleriya anbarları tikir, hava hücumundan müdafiə raket mövqelərini təchiz edir və qoşunlar üçün sığınacaqlar tikir.

“Hindistan qoşunları keçən il Çinlə hərbi qarşıdurmanın təkrarlanmaması üçün faktiki nəzarət xəttinin digər bölgələrində olduğu kimi Ladaxdakı mövqelərini də gücləndirirlər”, – deyə məlumatda qeyd olunub.

Ladax bölgəsindəki Hindistan və Çin hərbi komandirləri qaynar xətt vasitəsilə davamlı əlaqə saxlasalar da, LAC zonasının sözügedən hissəsində çıxılmaz vəziyyət qalmaqdadır. Mənbələr Çinin Ladaqdakı bir sıra mübahisəli ərazilərdən qoşunlarını geri çəkməkdən imtina etdiyini və yaxın ərazilərdə əhəmiyyətli hərbi kontingent yerləşdirməyə davam etdiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90