İlham Əliyev Moskvada səfərdədir – Fotolar + YENİLƏNİB

İlham Əliyev Moskvada səfərdədir – Fotolar + YENİLƏNİBbackend

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı zirvə görüşündə iştirak etmək məqsədilə Moskvada səfərdədir.

Busaat.az  xəbər verir ki, bu barədə “TASS” agentliyinə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.

Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki