İngiltərənin Royal Mail şirkəti kütləvi ixtisara hazırlaşır

image-royal-mailbackend

İngiltərənin poçt və kuryer xidməti, təxminən 6 min adamın işdən çıxarılmasını nəzərdə tutan planın işçilərə bildirilməyə başlayacağını açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, davam edən tətil aksiyası və iş dünyasındakı iqtisadi problemlər səbəbindən şirkətin ixtisara getməsi gözlənilir.

Hazırda 140 000 nəfərin çalışdığı şirkətin işçi heyətinin sayı işi öz istəyi ilə tərk edənlərin yerinə yeni işçilərin alınmaması, müvəqqəti işçi heyətinin ixtisarı və əlavə işlərin azaldılması hesabına önümüzdəki avqust ayına kimi daha 4 min nəfər ixtisar ediləcək.

Royal Mail-dən verilən açıqlamaya görə, şirkətin bu ilki zərərinin 350 milyon sterlinə çatması gözlənilir.

Açıqlamada sözügedən zərərin 8 günlük aksiyadan “birbaşa təsirləndiyi” bildirilib və şirkətin zərərinin 450 milyon sterlinə çata biləcəyi ehtimallarının mövcud olduğu vurğulanıb.

Qeyd edək ki, Rabitə İşçiləri Həmkarlar İttifaqının üzvü olan Royal Mail şirkətinin əməkdaşları maaşların və iş şəraitinin yaxşılaşdırılmasını tələb edərək bu həftə 19 günlük silsilə tətillərə başlayıblar. Növbəti tətil tarixi oktyabrın 20 və 25-i tarixlərinə təyin edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90