“INNOLAND”də “Demo Day” təşkil olunub – FOTOLAR

image-demo-day2backend

30 avqust tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Nextstep” İnnovasiya Mərkəzinin tərəfdaşlığı, Asiya İnkişaf Bankının Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) dəstəyi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən startapçılar üçün “Demo Day” təşkil olunub.

Bu barədə Busaat.az-a “ASAN xidmət”dən bildirilib.

Məqsəd investorlarla potensial startapları bir araya gətirərmək, innovasiya ekosisteminə inteqrasiyanı, yerli və regional startaplara sərmayə yatırmalarını təşkil etməkdir.

Hər birində 3 gün olmaqla Qazaxıstan, Özbəkistan və Azərbaycanda baş tutan butkampların yekunu olaraq keçirilən tədbirdə həm yerli, həm də beynəlxalq investorlar, iştirakçılar arasından seçilmiş 5 startap və “INNOLAND”in rezidentləri iştirak ediblər.

Çıxışçılar ekosistem nümayəndələrinə layihələrinin komponentləri, gedişatı və növbəti mərhələləri, zəruri investisiya ehtiyacları barədə məlumat verib və onlarla birgə iş mexanizmləri haqqında müzakirələr aparıblar.

Layihə Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki