“İnter” Erikseni transferə çıxardıbackend

“İnter”in baş direktoru Cuzeppe Marotta Kristian Eriksenin transferə çıxarıldığını bildirib.

Busaat.az xəbər verir ki, klub rəsmisi “Sky Italy” nəşrinə açıqlamasında 28 yaşlı futbolçunun Milan təmsilçisinin oyun üslubuna uyğun gəlmədiyini deyib.

Qeyd edək ki, bu ilin yanvarında “Tottenhem”dən “İnter”ə keçən danimarkalı yarımmüdafiəçi 2020/2021 mövsümündə 12 oyun keçirib və heç nə ilə yadda qalmayıb