“İntiharların səbəbi aidiyyatı qurumların laqeydliyidir” – Psixoloqdan ŞOK AÇIQLAMA

“İntiharların səbəbi aidiyyatı qurumların laqeydliyidir” – Psixoloqdan ŞOK AÇIQLAMAbackend

“Ölkədə intihar hallarının artmasının əsas səbəbi aidiyyatı qurumların laqeydliyidir”.intihar hallarının artmasının əsas səbəbi aidiyyatı qurumların laqeydliyidir”.

Son günlər intihar və intihara cəhd hallarının artmasına münasibət bildirən psixoloq İlahə Dadaşova Busaat.az-a açıqlamasında bu mövzuya toxunub.

İlahə Dadaşova qeyd edib ki, intihar hadisələrinə təsir edən əsas səbəb sosial-iqtisadi problemlərlə bağlıdır:

“Hazırkı pandemiya şəraitində xüsusən gənclərin əksəriyyəti işsizlik problemi ilə üzləşib. Bununla yanaşı, ailə üzvləri uzun müddət bir yerdə qaldı. Deyilməyən sözlər deyildi, danışılmayan mövzular müzakirə olundu. Bu tendensiya yaş kateqoriyasından asılı olmayaraq, insanlara psixoloji təsir edib. Digər tərəfdən, maddi sıxıntılar psixoloji gərginliyi daha da artırır”.

Psixoloq İlahə Dadaşova hesab edir ki, insanlar arasında maarrifləndirmə işlərinin zəif olması mövcud neqativ halın sürətlənməsinə yol açır:

“Bu sahədə ciddi boşluqlar var. İntiharın qarşısını almaq üçün ən optimal yol maarrifləndirmə işləri ilə bağlıdır. Eyni zamanda insanlara psixoloji dəstək üçün aidiyyatı qurumlar tərəfindən əlaqə imkanları yaradılmalıdır. İntihar etmək istəyənlər həmin əlaqə vasitəsilə mənəvi dəstək ala bilsin”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90