İran üçün yeni səhifə açılır: Bu, türkləri cilovlamaq üçün ortaya atılmış bir oyundur

image-iran-secbackend

İranda prezident seçkisinin nəticələri artıq bəllidir.

Busaat.az-ın məlumatına görə, ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib ki, Məsud Pezeşkian 10 milyon 415 min 901 səslə liderdir. Səid Cəlili 9 milyon 473 min 298 səslə ikinci sırada qərarlaşıb. Namizədlərdən heç biri seçkidə iştirak edən seçicilərin səsinin 50%-dən çoxunu toplamadığı üçün iyulun 5-də ikinci tur keçiriləcək. İkinci turda ən çox səs toplayan iki namizəd – Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq. Qeyd edək ki, İranda 61 milyon 452 min 321 seçici var. Seçici fəallığı ilk turda 40 faiz civarında olub.

Məsud Pezeşkian “islahatçı” qanadı təmsil edir. azərbaycanlı olması onun üçün əlavə səs gətirəcək amil hesab olunur. Bundan başqa, “islahatçılar”a aid mediada Pezeşkianın ciddi kampaniyası başlamışdı. İranla bağlı mütəmadi xəbər hazırlayan Qərb mediası da Məsud Pezeşkianı müsbət nümunə olaraq təqdim edirdi. Hesab olunur ki, indiki zamanda Pezeşkianın seçilməsi İran üçün sərfəlidir. Çünki Qərbin sanksiyasına məruz qalan İran Pezeşkiyan vasitəsilə Azərbaycan və Türkiyə ilə daha da yaxınlaşa bilər.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev açıqlamasında deyib ki, İranda keçirilən prezident seçkisi Azərbaycan üçün çox önəmlidir:

“Təkcə ona görə yox ki, İran bizim cənub qonşumuzdur, həm də ona görə ki İranda milyonlarla soydaşımız yaşayır. Güney Azərbaycanda soydaşlarımızın hüquqları həddindən artıq tapdanır. İranın dini rəhbəri Xonenei söz versə də, ölkə konstitusiyasına əməl olunmur. İranda çox ciddi düşünülmüş siyasi oyun gedir. İndiyədək düşünürdüm ki, Xomenei uzaqgörən siyasətçi deyil. Amma yanıldığımı qəbul edirəm. İş ondadır ki, həm Məsud Pezeşkian, həm də Səid Cəlili, yəni iki güclü namizəd ikinci tura qaldı. Qallibaf Cəlilini dəstəkləmək adı ilə geri çəkildi, ancaq onsuz da onun tərəfdarları az idi. Pezeşkian reformist kimi təqdim olunur. Bir neçə yüksək vəzifə tutub, tanınmış həkim-kardiloqdur. Burada maraqlı olab başqa nüanslar var. Xomeneinin əvvəldən qurduğu oyun ondan ibarətdir ki, Pezekşianın atası türkdür. Səid Cəlilinin isə anası türkdür. Cəlili dini yönümlü, mühafizəkar şəxsdir. Pezekşian islahatçıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, Xomenei bu gedişlə farsları, türkləri, mühafizəkarları, islahançıları seçki prosesinə cəlb edir.

Onun sözlərinə görə, ümumiyyətlə, Tehran rejimi xalqlar üzərində hibrid siyasəti çoxdan icra edir. Belə ki, türk kişiləri fars qadınlarla, fars kişiləri isə türk qadınlarla evləndirirlər:

“Bu, İranın dövlət siyasətinin tərkib hissəsidir. Əsas məqsədlərindən biri də türkləri assimilyasiya etməkdir”.

Cümşüd Nuriyev: Pezekşianın seçilməsində Xomenei də maraqlıdır

Nuriyev hesab edir ki, ikinci turda da Pezekşianın seçkini qazanma şansı daha çoxdur:

“Cəlilinin Xomenei tərəfindən dəstəkləndiyi deyilsə də, qələbə qazanmayacaq. Xomenei hakimiyyətə öz oğlunu gətirmək istəyir. Cəlilinin prezident seçilməsi dini rəhbərin oğlu üçün ciddi alternativ olar. Ona görə Pezekşianın seçilməsində Xomenei də maraqlıdır. Düzdür, Pezekşian reformator kimi tanınır və ABŞ ilə münasibətlərin qurulmasını istəyir. Amma ümumilikdə heç bir prezident inqilabdan sonra yaranmış rejimin ziddinə addım atmır”.

“Hər halda İran üçün yeni bir səhifə açılır. Lakin Pezekşianın azərbaycanlılar üçün gün ağlayacağını düşünmür. İranda türklərə yaradılan “yaşıl işıq” siyasi texnologiyadan başqa bir şey deyil. Türkləri cilovlamaq üçün ortaya atılmış bir oyundur. Bizi çox aldadıblar. Bu dəfə də aldadırlar”, – deyə Cümşüd Nuriyev əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki