İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılığa gəliblər

İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılığa gəliblərbackend

İran və Rusiya 3 il ərzində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı razılığa gəliblər.

Busaat.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, İranın nəqliyyat və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə Rəşt-Astara dəmir yolunu ölkənin ən mühüm layihəsi adlandırıb.

O əlavə edib ki, layihə Bəndər Abbasdan Rəştə və Rəştdən Astaraya qədər olan 162 kilometrlik şimal-cənub dəhlizini tamamlayır və İranı Azərbaycan vasitəsilə Rusiya və Şimali Avropa ilə birləşdirir.

Əfəndizadə bildirib ki, son aylarda iki ölkə arasında tranzitin inkişafı üçün Rusiya hökuməti ilə danışıqlar aparılıb. O, İran, Rusiya və Azərbaycan arasında üçtərəfli memoranduma işarə edərək bildirib ki, dəmir yolu layihəsinin tikintisi və istismarı ilə bağlı müddəalar 16 maddədə təsbit olunub, o cümlədən dəmir yolu xətlərinin eni də daxil olmaqla, xəttin dizayn növünün müəyyən edilməsi nəzərdə tutulub. Rusların sərmayəsi ilə dəmir yolu layihəsinin 3 il ərzində tamamlanacağı gözlənilir ki, bu da proqnozlaşdırılandan bir il azdır.

Müqaviləyə əsasən, iranlı podratçılar dəmir yolu xəttinin infrastrukturunu tam şəkildə həyata keçirəcəklər.

Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin və onu müşayiət edən nümayəndə heyəti, eləcə də İran rəsmiləri Rəşt-Astara dəmir yolu xəttinə baş çəkəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki