İranda daha 5 nəfər haqqında ölüm hökmü ÇIXARILDI

image-iran1backend

İranda davam edən etirazlarda noyabrın 3-də mühafizəçinin qətli ilə bağlı mühakimə olunan 16 nəfərdən 5-nə ölüm hökmü çıxarılıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

Məlumata görə, İran Məhkəmə Sisteminin sözçüsü Məsud Setayeşi paytaxt Tehranda mətbuat konfransı keçirib.

İran sözçüsü, Məhsa Əminin ölümündən sonra başlayan etirazlar zamanı baş verən hadisələrlə bağlı davam edən məhkəmə prosesləri ilə bağlı sualı cavablandırarkən, məhkəmə proseslərinin “tez və ciddi şəkildə” aparılacağını bildirib.

“Etirazçı ilə üsyançı arasında fərq var. Etiraz etdiyinə görə heç kim həbs olunmayıb. Yalnız ictimai asayişi pozan və milli təhlükəsizliyə zidd hərəkət edən üsyançılar araşdırılıb və onlardan bəziləri həbs edilib” – deyə, sözçü bildirib.

Noyabrın 3-də Tehran yaxınlığındakı Kerac şəhərində təhlükəsizlik qüvvələrinə hücum zamanı İnqilab Keşikçiləri Korpusunun üzvü Beşiçin bıçaqlanaraq öldürülməsi ilə bağlı 16 nəfərin mühakimə olunduğunu bildirən Setayeşi qeyd edib: “Müttəhimlərdən 5-i ittiham edilib. Onlar asayişi pozaraq fitnə-fəsad törətdiyi və mühafizəçilərə hücum edərək onlardanbirinin ölümünəsəbəb olduğu üçün edam hökmünə məhkum edilib”.
Məhkəmənin eyni iş üzrə mühakimə olunan digər 11 müttəhimə də uzun müddətli həbs cəzası verdiyini ifadə edən Setayeşi, müttəhimlərdən 3-nün 18 yaşdan kiçik olduğunu bildirib.

Hicabın məcburi olub-olmaması ilə bağlı müzakirələri dəyərləndirən Setayeşi, məsələnin qanunvericilik, icra və məhkəmə hakimiyyətləri tərəfindən həll edilməli olduğunu bildirib: “Hicaba dair müzakirələrin tarixi var və biz hamımız öz dəyərlərimizi qorumalıyıq. Bu dəyərlərə həssaslıqla yanaşırıq. Hicab probleminə həll yolları axtarırıq“.

Qeyd edək ki, noyabrın 3-də Elborz əyalətinin Kərəc şəhərində keçirilən nümayişlər zamanı Ruhullah Acemyan adlı bir milis bıçaqlanaraq öldürülüb, 2-si ağır olmaqla 5 təhlükəsizlik işçisi yaralanıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90