İranda Məhsa Əmininin dəfn mərasiminə baxdıqdan sonra həbs edilən qadın jurnalist İlahə Məhəmmədinin bacısı Elnaz Məhəmmədi də həbs edilib.
Busaat.az xəbər verir ki, bu barədə “Etemadonline” xəbər saytı məlumat yayıb.
Məlumata görə, “Hem Mihen” qəzetinin müxbiri Elnaz Muhəmmədi ifadə vermək üçün getdiyi paytaxt Tehranın Evin Prokurorluğunda həbs edilib.
Qadın jurnalistin saxlanma səbəbi ilə bağlı heç bir məlumat verilməsə də, bacısı İlahə Muhəmmədi ötən ilin sentyabrında ölümü ölkədə kütləvi nümayişlərə səbəb olan Məhsa Əmininin dəfn mərasimindən reportaj hazırlamaq üçün Sakkız şəhərinə gedib və mərasimdən sonra həbs edillib.
İran Jurnalistlər Sindikatı yanvarın 11-də verdiyi yazılı açıqlamada, təxminən 70 jurnalistin Məhsa Əmini nümayişlərində iştirak etdikləri səbəbi ilə nəzarətə alındığını, bəzilərinin sərbəst buraxılmasından sonra isə həbsdə olan jurnalistlərin sayının 28 olduğunu açıqlayıb.