
“İran İsrail üçün ən böyük təhdiddir” - Benni Qantz
“İranın nüvə silahı əldə etməsi İsrail üçün ən böyük təhdiddir”.
Busaat.az xəbər verir ki, İsrailin Müdafiə naziri Benni Qantz belə açıqlama verib. O bildirib ki, İsrail bir sıra problemlərlə qarşı-qarşıyadır.
“Yaxın Şərqdəki radikal təhdidlər, Livanın parçalanması, Suriyadakı təhdidlər və bu hadisələrdə İranın rolu bizim üçün təhlükədir. Lakin ən böyük təhdid İranın nüvə silahı əldə etməsi olar” – deyə nazir bildirib.























