İranın xarici işlər naziri Türkiyədən sonra Suriyaya gedib

image-abdullahianbackend

İran Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahyan Suriya rəhbərliyi ilə görüşlər keçirməyi, həmçinin zəlzələdən zərər çəkmiş rayonlara səfər etməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, nazir cümə axşamı Türkiyədən Suriyaya gedib.

Bildirilir ki, iki günlük səfər zamanı İranın xarici işlər naziri Suriya prezidenti Bəşər Əsəd və xarici işlər naziri Feysəl Mikdad ilə danışıqlar aparacaq.

Qeyd edək ki, nazir martın 8-də səhər saatlarında Türkiyəyə gəlib. O, zəlzələdən zərər çəkmiş Adıyaman şəhərinə səfər edib. Abdullahyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də danışıqlar aparıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90