İranın yeni Prezidenti and içdi

image-iranbackend

İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisi and içib.

Busaat.az  “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu gün baş tutan mərasim İranın ali lideri Seyid Əli Xamaneyinin iştirakı ilə keçirilib.

Məlumata əsasən, mərasim İranın telekanalları və “Khamanei.ir” saytı vasitəsilə canlı yayımlanıb.

Bildirilir ki, İbrahim Rəisinin vəzifə səlahiyyətlərinin başlanğıcı olan bu mərasimdə prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, xarici işlər naziri Məhəmməd Cavad Zərif, İslam Respublikası ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti, prezidentliyə keçmiş namizədlər və bir sıra digər vəzifəli şəxslər iştirak edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90