
İraqda xəstəxana yanğınında ölənlərin sayı 120-ni ötdü
İraqın cənubundakı Zikar vilayətində koronavirus xəstələrinin yerləşdirildiyi xəstəxanada baş verən yanğında ölənlərin sayı 124-ə çatıb.
Bu barədə Busaat.az “Al Hadath” telekanalına istinadən xəbər verir.
Daha əvvəl ölənlərin sayı 92 idi.
İraqın Baş naziri Mustafa əl-Kazıminin sözlərinə görə, yanğının araşdırılmasının ilkin nəticələri bir həftə ərzində elan olunacaq. Eyni zamanda, Di-Kar əyalətinin Apellyasiya Məhkəməsi regional Səhiyyə Nazirliyinin 13 əməkdaşının saxlanılmasına dair order verib.
qafqazinfo























