İşğaldan azad olan ərazilərimizdə mobil rabitə və enerji təminatı ilə bağlı – Təklifbackend

“Əgər qüllələr ordumuz tərəfindən dağıdılmayıbsa, bu halda mobil operatorlarımız elə indidən mobil rabitəni qura bilərdilər”.

Busaat.az xəbər verir ki,bunu işğaldan azad olan ərazilərimizdə mobil rabitə və enerji təminatı ilə bağlı vəziyyəti dəyərləndirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib.

Osman Gündüzün fikrincə, işğaldan azad olunan rayonlarda “Karabakh Telecom” mobil operatorunun ən azı 9 baza stansiyası var:

“Əgər qüllələr ordumuz tərəfindən dağıdılmayıbsa, bu halda mobil operatorlarımız elə indidən bu baza stansiyalardan effektiv istifadə edə və mobil rabitəni qura bilərdilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), Dövlət Radiotezliklər İdarəsi əlaqədar qurumlarla birgə işğaldan azad olan ərazilərin hazır infrastrukturundan hər üç operatorun bərabər əsaslarla istifadəsi üçün işlərə başlaması faydalı olardı. Yəni, hazır baza stansiyası var, generator var, yanacaq varsa, niyə də bizim operatorların şəbəkəsi işə başlamasın?! Yeri gəlmişkən, artıq işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb. “Azərişıq” Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsini planlayıb”.

Gülay