Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 956 $▲1.32%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

"İŞİD-ın zülmündən xilas olan yezidilər bu gün də PKK-nın zülmü altındadır" - Çavuşoğlu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İŞİD terror təşkilatının altı il əvvəl Mosulun Sincar rayonuna hücumları nəticəsində öldürülən yezidilərin ağrılarının unudulmadığını dilə gətirərək onların bu gün də YPG/PKK terror təşkilatının zülmü altında olduğunu vurğulayıb.

BUSAAT.AZ xəbər verir ki, Mövlud Çavuşoğlu “Twitter” hesabındakı paylaşımında “Bundan altı il əvvəl DEAŞ-ın yezidilərə qarşı törətdiyi qırğınların ağrıları hələ də yaddaşlarımızdadır. Təəssüf ki, DEAŞ-ın zülmündən xilas olan yezidilər bu gün də PKK terrorunun pəncəsində və zülmü altındadır”, – deyə bildirib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ilin avqust ayında Sincara hücum edərək minlərlə yezidi qadın və uşağı qaçırmış, kişiləri öldürmüşdü.

İŞİD-in 2014-cü ilin iyun ayında İraqın üçdə bir hissəsini işğal etməsi və ardından baş verən qarşıdurmalar nəticəsində 5 milyondan çox iraqlı evlərini tərk edərək daha təlükəsiz hesab etdikləri şimal və cənub şəhərlərinə sığınmaq məcburiyyətində qalıb.

2017-ci ilin dekabr ayında İraqın İŞİD-dən təmizləndiyinin və bütün şəhərlərin terror təşkilatından geri alındığının elan olunmasına baxmayaraq, daxili qaçqın vəziyyətinə düşən yüz minlərlə iraqlı qarşıdurmalar nəticəsində dağıdılmış ərazilərin yenidən bərpa edilməməsi səbəbilə hələ də evlərinə qayıda bilmir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=14508