İspaniyada bir ilk! – Bu qərar parlamentdən keçdi

image-650x344-ispanya-gezilecek-yerler-yazin-ve-kisin-ispanyada-ne-yapilir-gezilecek-ve-fotograf-cekilecek-yerler-nereler-ka-1671111334114backend

Son illər İspaniyada artan mənzil probleminə çarə tapmaq üçün hökumət ölkənin demokratiya tarixində ilk dəfə olaraq kirayə qiymətlərinə müdaxilə edib.

Busaat.az xəbər verir ki, sözügedən qanun layihəsi hökumətin iki ortağı Sosialist İşçi Partiyası və Unidas Podemos və Kataloniya və Bask partiyalarının (ERC və EH Bildu) dəstəyi ilə 167 əleyhinə 176 səslə parlament tərəfindən təsdiq edilib və parlamentə göndərilib.

Hökumət bu qanun layihəsi ilə mənzilin xüsusilə gənclər və yoxsullar üçün “hüquq kimi tanınacağını” iddia edərkən, müxalifətdəki sağçı partiyalar isə əksini iddia edib: “İspaniyada adi hal olan boş evlərin zəbt edilməsi daha da artar, təklif azalar, qiymətlər artar”.

Baş nazir Pedro Sançez, qanun layihəsinin parlamentdə qəbul edilməsindən sonra mətbuata verdiyi açıqlamada, “Bu qanun İspaniya demokratiyasında əhəmiyyətli bir dönüş nöqtəsidir. Cəmiyyətdəki bərabərsizliyin 70 faizini mənzil problemi təşkil edir. Biz paradiqmanı, spekulyasiya, korrupsiya və çoxlu sosial iztirabları gətirən neoliberal modeli dəyişirik və onlara cavab verən yeni mənzil siyasətinin əsaslarını qoyuruq”, – qiymətləndirməsini edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki