İsrail Livana kömək təklif etdibackend

İsrail Beyrut limanındakı güclü partlayışdan sonra beynəlxalq təşkilatlar vasitəsilə Livana humanitar və tibbi yardım təklif edib.

Busaat.az xəbər verir  ki, bu barədə İsrailin “Kan” radiosu xəbər verib.

Onun məlumatına görə, təklif İsrailin Müdafiə naziri Beni Qants və XİN başçısı Qabi Aşkenazi tərəfindən səsləndirilib. Radio bildirib ki, İsrail tərəfi Livana tibbi avadanlıq da təklif edib və zərərçəkənləri müalicə üçün qəbul etməyə hazır olduğunu bildirib.

***

İsrail Prezidenti Reuven Rivlin Beyrutdakı partlayışla bağlı bildirib ki, İsrail Livan xalqının ağrısını bölüşür və kömək əlini uzadır.

“Biz Livan xalqının ağrısını bölüşür və bu çətin vaxtda səmimi şəkildə kömək əlini uzadırıq”, – Rivlin tvitterdə yazıb.