İsrail xaricdəki vətəndaşlarının taleyindən narahatdır – İrana görə

image-israilbackend

Xəbər verdiyimiz kimi, mayın 22-si İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandirlərindən olan Səyyad Xodai Tehranda evinin qarşısında qətlə yetirilib. Mediada isə İsrailin Xodainin qətlində iştirak etməsinə dair məlumatlar yayılıb.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail bu məsələ ilə bağlı İranın qisas almaq üçün xarici ölkələrdə olan İsrail vətəndaşlarına hücum etməsindən ehtiyat edir.

Bununla bağlı, ölkə öz vətəndaşlarına İranla sərhəd olan bir neçə əraziyə səfərdən çəkinməyi tövsiyə etməyə hazırlaşır. Bildirilir ki, İsrailin yüksək vəzifəli məmurları bu məsələ ilə bağlı bir neçə məsləhətləşmə həyata keçirib. Beləliklə, İsrail tezliklə öz vətəndaşlarının BƏƏ, Azərbaycan, Bəhreyn, Türkiyə də daxil olmaqla İranla sərhəd olan ölkələrə səyahət etməsi ilə bağlı tövsiyələrini açıqlaya bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90