İsraildə matəm elan olundu

image-israiolbackend

İsrailin Meron dağı ərazisində keçirilən Laq ba-Ömər bayramı zamanı yaşanan izdiham nəticəsində baş verən faciə ilə əlaqədar mayın 2-si ölkədə milli matəm günü elan olunub.

Busaat.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib.

“Meronda yaşanan fəlakət İsrail dövlətinin başına gələn ən ciddi fəlakətlərdən biridir. Bu bazar gününü milli matəm günü elan etməyinizi xahiş edirəm”,- deyə Baş nazir videomüraciətində bildirib.

Qeyd edək ki, İsrailin şimalında yerləşən Meron dağında yəhudilərin dini bayramı Laq ba-Ömərin qeyd edilməsi zamanı yaranan izdihamda 44 nəfər həlak olub, 150 nəfər yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90