İsveç DTX-dan ETİRAF: İsveçdə mütəşəkkil cinayətkar dəstələr PKK-nı maliyyələşdirir

image-83b1849b-1w2lnacrcza9pemltk6abfbackend

İsveç Daxili Təhlükəsizlik Xidməti (SEPO), terror təşkilatı PKK-nın İsveçdəki mütəşəkkil cinayətkar qruplar tərəfindən maliyyələşdirildiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, SEPO-nun terrorla mübarizə bölümünün sədr müavini Susanna Tehörning, ölkəsinin Dövlət Televiziyasına verdiyi şərhdə deyib:

“Terror təşkilatı PKK ölkədə əhəmiyyətli maliyyə təmin edib”.

Trehörning, “Mən miqdar verməyəcəyəm, ancaq terror təşkilatı PKK-nın terror əməliyyatları üçün əhəmiyyətli bir maliyyə təmin etdiyini söyləyə bilərəm”, – deyə qeyd edib.

Qeyd edək ki, İsveçin NATO üzvlüyünə cavabdeh olan Oscar Stenström 29 yanvar tarixində İsveç dövlət radiosu SR-ə ölkəsində, “PKK-nın mütəşəkkil cinayətkar dəstələrini tərəfindən maliyyələşdirildiyini demişdi. Hətta İsveçdən terror təşkilatına edilən maddi yardımların finlandiyadakından dəfələrlə çox olduğunu vurğulamışdı.

Digər tərəfdən, Trehörning, Dagens Industri jurnalının “SEPO İsveçdəki PKK fəaliyyətinin öhdəsindən gəlmək üçün kifayət qədər səy göstərir?” sualını belə cavablandırıb:

“Bu, fəaliyyətimizin bir hissəsidir və belə yardımlar on illər boyu davam edir. Zaman-zaman yüksək intensivlik olmuşdur. Bu yay terror təşkilatlarının iştirakını qadağan edən yeni bir qanun qüvvəyə minəcək”.

Tehörning sözlərini belə davam etdirib: “Biz radikallaşma prosesinin sonunda və ya insanlar terrorizmə daxil olaraq hücum etməyə hazır olduqda iştirak etmək istəmirik. Biz bütün bunları qabaqlamaq üçün çalışırıq və yeni qanun buna imkan verəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90