İsveçrə Avropa İttifaqının qəbul etdiyi anti-Rusiya sanksiyalarının on birinci paketinin tərəfindədir.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
“Avqustun 16-da Federal Şura Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Bu, İsveçrəni 11-ci sanksiyalar paketinin bir hissəsi kimi bu son tədbirləri qəbul edən Aİ ilə uyğunlaşdırır”, – deyə Federal Şuradan bildirilib.
Yeni tədbirlər bu il avqustun 16-dan qüvvəyə minəcək.