İsveçrədə seçki bülletenləri olan zərflər seçicilərə çatdırıldı

image-isvecrebackend

Oktyabrın 22-də İsveçrədə keçiriləcək ümumi seçkilər üçün seçicilərə 5 milyondan çox seçki bülleteni olan zərflər göndərilib.

Busaat.az xəbər verir ki, bu barədə İsveçrə Poçt Administrasiyası yazılı açıqlama yayıb.

Bildirilib ki, təxminən 400 yük maşını və poçt işçisi zərfləri ölkə üzrə seçicilərə çatdırıb.

İsveçrədə poçtla səsvermə hüququna malik olan seçicilərin təxminən yarısı bu təcrübəyə üstünlük verir.

Bu üsulla səs verməyən milyonlarla seçicinin zərflərini təkrar emal üçün bələdiyyələrə qaytarması gözlənilir.

İsveçrə Poçt Administrasiyası səsvermə bülletenlərinin seçki məntəqələrinə vaxtında çatmasını təmin etmək üçün oktyabrın 19-dan gec olmayaraq, sürətli poçtla və ya oktyabrın 17-dən gec olmayaraq, adi poçtla göndərilməsini tövsiyə edir.

Vaxtında göndərilməyən bülletenlər səslərin hesablanmasına daxil edilmir.

İsveçrədə seçicilər seçkiyə getmədən elektron səsvermə və ya məktubla öz seçimlərini edə bilərlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki