İsveçrədə həftəsonundan başlayan həddindən artıq istilər səbəbilə bəzi tikinti sahələrində günortadan sonra iş dayandırılıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cenevrə kantonunun rəhbərliyi qərar çıxarıb.
Temperatur təhlükəsi səviyyəsinin 4-ə yüksəldiyi Ticinoda yerli vaxtla saat 15.00-dan sonra çöldə işlər aparılmayacaq. Kantonda tikinti işlərinə səhər saat 06:00-da başlamaq mümkün olacaq.
Həddindən artıq istilər səbəbindən kantonlarda görülən bu tədbir avqustun 27-dək davam edəcək.
İsveçrənin ən böyük həmkarlar ittifaqlarından biri olan UNIA keçən həftə havaların isti olması səbəbindən tikinti sahələrində işlərin dayandırılmasını istəyib. İsveçrə Podratçılar Assosiasiyası isə tikinti ilə bağlı qaydalara qarşı çıxır.