İtaliyada meşəni 80 yaşlı kişinin yandırdığı iddia olunur

image-lenkeranbackend

İtaliya polisi ölkədəki meşə yanğınları ilə bağlı iki Siciliya sakinini həbs edib.

Busaat.az  xəbər verir ki, bu haqda məlumatı ölkənin hüquq-mühafizə orqanları yayıb. Məlumata əsasən, sözügedən bu iki şəxs Enna vilayətində meşəni yandırmağa cəhd edib.

İnsident Nebrodi dağının meşəlik ərazisində baş verib. Onlar qaçmağa çalışsalar da polis onları tuta bilib. Bununla yanaşı, onların üzərindən içərisində yanacaq olan qablar və alışqanlar tapılıb.

Bildirilir ki, saxlanılan şəxslərin birinin 80 yaşı var və Siciliya sakinidir. 25 yaşlı digər təqsirli bilinən şəxs isə Albaniya vətəndaşıdır. Onların hər ikisinin heyvandarlıq ilə məşğul olduğu bəlli olub.

Qeyd edək ki, keçən həftədən başlayaraq Siciliyda iri meşə yanğınları davam edir. Yanğının söndürülməsində 124 yanğınsöndürmə komandası iştirak edir və bu istiqamətdə çox sayda əməliyyat həyata keçirir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90