İtaliyanın İskiya adasında sürüşmə baş verdi – 11 nəfər öldü

image-thumbs_b_c_314e8c780a0a7f3a56017b346b94599fbackend

Noyabrın 26-da İtaliyanın İskiya adasında baş verən sürüşmə nəticəsində itən daha 3 nəfərin cəsədi tapılıb.

Busaat.az xəbər verir ki, beləliklə ölənlərin sayı 11-ə çatıb.

İtaliyanın ANSA agentliyinin xəbərinə görə, adada sürüşmənin baş verdiyi Casamicciola qəsəbəsində aparılan axtarış-xilasetmə əməliyyatları zamanı itkin düşən 4 nəfərdən daha 3-nün cəsədinin tapıldığı bildirilib. Beləliklə, şənbə günü baş verən təbii fəlakətdən sonra həyatını itirənlərin sayı 11-ə yüksəlib.

İtkin düşən dördüncü şəxsin axtarışları davam edir.

Adanın inzibati cəhətdən bağlı olduğu Neapol qubernatoru Claudio Palomba, hava şəraiti ilə bağlı yenidən “sarı” və ya “narıncı” xəbərdarlıq ediləcəyi təqdirdə, həyəcan səviyyəsi enənə qədər İskiyadan ən azı min nəfəri təxliyə etməli olacaqlarını söyləyib.

Noyabrın 26-da İskiyada yağan güclü yağışdan sonra baş verən sürüşmə nəticəsində insan tələfatı ilə yanaşı, bəzi evlərin torpaq altında qalması və avtomobillərin dənizə sürüklənməsi maddi ziyana səbəb olub. Hökumət təbii fəlakət üçün 2 milyon avro ayırıb.

İnsan tələfatına səbəb olan təbii fəlakət adada qeyri-qanuni tikinti problemini yenidən gündəmə gətirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90