Neftçalanın keçmiş icra başçısı Əbülfəz Ağayev Kür çayının 8 qolunu qurudaraq özü təsərrüfat sahəsi yaradıb.
Bu barədə Qaynarinfo-ya Qarabağ veteranı, fermer İslam Bayramov bildirib.
Onun sözlərinə görə, Əbülfəz Ağayevin qanunsuz əməlləri bununla bitmir. O, dövlət ehtiyat fond torpaqlarını da zəbt edib. Lakin hansısa səbəbdən rayon rəhbərliyi onun bu əməlləri barədə tədbir görmür.İslam Bayramovun sözlərinə görə, Əbülfəz Ağayev həm də rayon Ağsaqqallar Şurasının sədridir. “Bu adam guya bir ağsaqqal kimi rayonun inkişafına dəstək verməlidir. Amma faktiki olaraq qanunsuz əməllərlə məşğuldur. İri təsərrüfatlar yaradıb digər fermerlərin fəaliyyətinə maneə törədir. Onun üçün Neftçalada yaşıl işıqdır. Hər cür qanunsuzluq edir. Amma barəsində tədbir görülmür”, deyə İslam Bayramov bildirib.
Şikayətçi deyir ki, Əbülfəz Ağayev başqa rayonlarda xüsusi adamlar gətirərək zəbt etdiyi torpaqları onların istifadəsinə verir. Eyni zamanda örüş yerlərini ələ keçirib başqa rayonlardan gətirilən mal-qaraları ora buraxır. “Bizim heyvanlarımız isə acından ölür”, deyə İslam Bayramov bildirib.
Qeyd edək ki, Əbülfəz Ağayev 2000-2002-ci illərdə Neftçalanın, 2002-2004-cü illərdə Sabirabadın, 2004-2012-ci ilərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Hazırda sahibkarlılqla məşğuldur. Onun Neftçalada iri təsərrüfat sahələri və fermalarının olduğu bildirilir.