Keçmiş vəzifəli şəxsin qanunsuz əməlləri üzə çıxdı: Xeyli pul mənimsəyib

image-422268505_0_102_2000_1227_2072x0_60_0_0_9afb17ee81f756378532378894e9f845backend

Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sabiq nümayəndəsi İntizam Məmmədov və baş mühasibi Bənövşə Əhmədovanın qanunsuz əməlləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Busaat.az xəbər verir ki, istintaqla İntizam Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2018-2021-ci illər ərzində nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərini aşaraq ona etibar edilmiş xeyli miqdarda dövlət əmlakını israf etməsi və mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90