“Keşlə” Avroliqada mübarizəni dayandırdı

“Keşlə” Avroliqada mübarizəni dayandırdıbackend

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Busaat.az xəbər verir ki, təmsilçilərimizdən “Keşlə” də ilk oyununa çıxıb. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın “Laçi” klubunu qəbul edib. Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Laçi” (5:4) növbəti mərhələyə yüksəlib, “Keşlə” isə turnirdə mübarizəni dayandırıb.

Bu, rəqiblərin Avroliqada ikinci dueli olub. 2015-2016 mövsümündə – Bakı təmsilçisi “İnter” adlandırılan zamanı rəqibini mübarizədən kənarlaşdırmışdı. Avroliqada 1-ci təsnifat mərhələsinin Albaniyadakı oyununda 1:1 bərabərliyə qalan komandalar Bakıda qolsuz heç-heçə etmiş və “İnter” səfər qolu sayəsində mərhələ adlamışdı.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi

21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) – 0:0 (Penaltilər seriyası – 4:5)
Qırmızı vərəqə:
 De Oliviera, 72 (“Laçi”), Şəhriyar Əliyev, 112 (“Keşlə”)
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”

Penaltilər seriyası

“Laçi”:   + + + + +
“Keşlə”: + + + + –

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90