Komitə 17 yaşlı qızla bağlı məlumat yaydı

Komitə  17 yaşlı qızla bağlı məlumat yaydıbackend

Bərdə rayonunda 17 yaşlı qızın qaçırılması ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Busaat.az xəbər verir ki, məsələnin araşdırılması üçün Bərdə rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib. Monitorinqin nəticəsinə uyğun olaraq adiyyəti üzrə müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı universitetə hazırlaşan qızın 2 dəfə evlənib boşanmış adam tərəfindən qaçırılması ilə bağlı məlumat yayılıb. İddiaya görə, ailəsi nə qədər qızı geri almaq istəsə də ala bilməyib, polisə edilən müraciətlər isə araşdırılmayıb.

Məsələ ilə bağlı DİN məlumat yayaraq araşdırmalar zamanı qız ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədilə getdiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90