Konqoda sərnişin qayığı batıb – 80-dən çox adam ölüb

image-1492092776-111backend

İçərisində 270-dən çox sərnişin olan qayıq Konqonun paytaxtı Kinşasa yaxınlığında çayda batıb.

Busaat.az xəbər verir ki, bu barədə Konqo prezidenti Feliks Tşisekedi bildirib .

Məlumata görə, hadisə zamanı  80-dən çox adam həlak olub.

Prezident qayığın Kva çayı üzərindəki Mai-Ndombe əyalətində batdığını açıqlayıb.

Bildirilir ki, qəzaya qayığın mühərrikinin xarab olması səbəb olub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki