Kreml: “Putin və Kim Çen In arasında danışıqlar bu gün başa çatacaq”

image-dmitri-peskovbackend

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında danışıqlar yalnız bir gün davam edəcək və bu gün başa çatacaq.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Danışıqlar Rusiyanın Uzaq Şərqində yerləşən “Vostoçnıy” kosmodromunda keçirilir. İki lider əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə qarşılıqlı əlaqə saxlayıb, daha sonra təkbətək söhbət ediblər. Peskov daha əvvəl bildirib ki, gündəliyə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələr və mədəni mübadilələr, eləcə də regionda və dünyada vəziyyət daxildir. Hazırda iki lider rəsmi şam yeməyində qarşılıqlı əlaqəni davam etdirirlər.

Xatırladaq ki, Kimin Rusiyaya əvvəlki səfəri 2019-cu ilin aprelində olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90