Kürdəmirdə eyni sinifdən 6 şagird 600-dən çox bal topladı

Kürdəmirdə eyni sinifdən 6 şagird 600-dən çox bal topladıbackend

Kürdəmirdə bir sinfin 6 məzunu imtahanlarda 600-dən yüksək bal toplayıb.

Busaat.az xəbər verir ki, yüksək nəticə göstərən şagirdlər Kürdəmir şəhər 1 saylı tam orta məktəbin 11 v sinfinin məzunlarıdır. Bunlar Rzayev Rəvan (668 bal), Nəsirli İlqar (656 bal), Nəsirli Vüqar (645 bal), Mahmudov Ağamusa (618 bal), Salmanov Əligağa (606 bal) və Səlimova Türkandır (601 bal).

Məktəb üzrə isə 600-dən yuxarı nəticə göstərənlərin sayı 7-dir. Daha 1 nəfər – 11a sinfindən Hüseynzadə Leyla 3-cü qrup üzrə 652 bal toplayıb. Bu məzunların hər biri məktəbi fərqlənmə attestatı ilə bitiriblər.

Bu məlumatı “Qafqazinfo”ya məktəbin direktoru Vüqar Nəsirov da təsdiqləyib. O, həmçinin bildirib ki, məktəbin daha 3 şagirdi isə 500-dən yuxarı bal toplayıb.

Direktor qeyd edib ki, yüksək nəticə göstərən  şagirdlərin hamısı təmayül siniflərdə oxuyublar: “Keçən il də məktəbimiz imtahanlarda yüksək nəticə göstərib. Ötən tədris ilində iki təmayüllü sinfimiz var idi. Birində olan 21 şagirddən 21-i, o birində isə 20 şagirddən 19-u qəbul olunub. Bu il də nəticələrimiz yaxşıdır, amma hələ ki, yüksək nəticə göstərənləri deyirik. İxtisas seçimi başa çatandan sonra digər şagirdlərimizlə bağlı da məlumat verəcəyik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90