Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
11°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Siyasət

Lavrov Tovuz döyüşlərindən danışdı: "16 iyulda..."

Lavrov Tovuz döyüşlərindən danışdı: "16 iyulda..."
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Qeyd edək ki, 12 iyulda ermənilərin Azərbaycanın Tovuz istiqamətidə dövlət sərhədində hərbi təxribatı baş vermişdi. Rusiya Minsk Qrupundakı tərəfdaşlarıyla Dağlıq Qarabağın münaqişəsinin həlli üçün danışıqların tezliklə yenilənməsi üzərində çalışır. Busaat.az xəbər verir ki, bunu “Trud” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, Tovuz təxribatını 1994-cü il atəşkəs razılaşmasının “ikinci dəfə genişmiqyaslı pozulması” adlandırıb. Lavrov son 26 ildə ilk dəfə yüksəkintensivli hərbi toqquşmaların Qarabağdakı təmas xəttində yox, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verdiyini bildirib. Rusiya XİN rəhbəri konflikti kompleks səbəblərin yaratdığını deyib: “Erməni tərəfinin Azərbaycan ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə nəzarət məntəqəsini bərpa etmək qərarı birilərində narahatlığın artmasına, digərlərinin əsassız cavab reaksiyasına səbəb oldu və nəticədə ən qeyri-müəyyən nəticələriylə qarşıdurma çarxı işə salındı”. Lavrov Rusiya Xarici İşlər Nazirliyinin konfliktin həlli üçün aktiv vasitəçilik səyləri göstərdiyini söyləyib. O, rusiyalı həmsədr İqor Popovun bütün bu dövr ərzində iki ölkənin xarici işlər nazirləri ilə birbaşa əlaqədə olduğunu vurğulayıb. Lavrov məhz Rusiyanın aktiv vasitəçiliyi sayəsində 16 iyulda atəşkəsin əldə edildiyini bildirib
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=7297