Lavrovdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni TƏKLİF

Lavrovdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni TƏKLİFbackend

“Rusiya üçün dost ölkələr olan Ermənistanla Azəbaycan arasındakı düşmənçilikdən rəsmi Moskva çox narahatdır”.

Busaat.az Kommersant-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu narahatlığını Rusiya mediasına bildirib.

O deyib ki, “bu problem siyasi və diplomatik yolla çoxdan həll edilməli idi. Amma müəyyən səbəblərdən bu olmadı”. Xarici İşlər naziri atəşkəsə nail olmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, effektiv nəzarət tədbirləri olmadan sabit atəşkəsə nail olmaq çətindir. Lavrov münaqişə zonasında dinc vəziyyətin qorunması üçün bir neçə variantı sadalayıb. Bunlar müxtəlif elektron idarəetmə vasitələrindən, İrəvanla Bakı arasında qaynar xəttdən, ATƏT-in himayəsində olan müşahidəçilərdən və digər vasitələrdən istifadə etməklə mümkündür.

Lavrov təkliflərində Prezident İlham Əliyevin ideyasını dəstəkləyib

 “Biz heç vaxt böhranın güc yolu ilə həllini dəstəkləmədiyimizi gizlətməmişik və gizlətmirik, hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasına çalışırıq”.

O bildirib ki, “Həm tərəflər, həm də onların bütün xarici tərəfdaşları atəşkəs razılaşmasına, nəzarət mexanizminin yaradılmasına və konkret qrafiklə məzmunlu danışıqlar prosesinin bərpasına ciddi hörmətlə yanaşmalıdırlar. Davamlı barışığa dərhal nail olmaq mümkün olmasa da, biz regiondakı bütün nüfuzumuzdan istifadə etməyə davam edəcəyik, hərbi senarinin daha da genişlənməsini dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masası arxasına əyləşdirmək üçün türkiyəli tərəfdaşlarımızla işləyəcəyik”.

Qeyd edək ki, danışıqlar prosesinin davam etdirilməsi üçün Prezident İlham Əliyevin şəxsində məhz Azərbaycan tərəfi ilkin şərt irəli sürür: işğalçı qoşunların çıxarılması ilə bağlı konkret qrafikin müəyyən edilməsi. İlk dəfədir ki, Rusiya XİN başçısı qoşunların çıxarılması ilə bağlı konkret qrafikin tətbiqi üzrə Azərbaycanın mövqeyini dəstəkləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90