“Lavrovun Qarabağ planı” AÇIQLANDI- 7 rayon, sülhməramlılar, yekun status

“Lavrovun Qarabağ planı” AÇIQLANDI- 7 rayon, sülhməramlılar, yekun statusbackend

Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlər üçün geniş mətbuat konfransı keçirib.

 

Busaat.az xəbər verir ki, Lavrov Qarabağ münaqişəsi ilə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayıb.

“Danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənstan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə, regionun statusunun müəyyən edilməsinə qədər 5 rayondan çıxarılmasını nəzərdə tutur. Daha sonra Ermənistan Ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Bütün bu müddət ərzində bölgədə sülh  sülhməramlılar tərəfindən həyata keçiriləcək”,- deyə Lavrov deyib.

O, münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini də təklif edib. Amma nazir bunun hər iki tərəfin razılığı ilə gerçəkləşə biləcəyini əlavə edib.

“İndi son baş verən qanlı toqquşmalar danışıqlar prosesini sürətləndirməklə paralel təhlükəsizlik məsələlərini də həll etməyə imkan verəcək”- deyə Lavrov əlavə edib.

O həmçinin, Ankaranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Moskva tərəfindən qəbul edilmədiyini də əlavə edib.(modern.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90