Livan ordusu İsrail qüvvələrinin geri çəkilməsindən sonra  18 yaşayış məntəqəsini tutdu

image-1backend
image-ad_qayo_720x110px

Livan ordusunun bölmələri BMT-nin müvəqqəti qüvvələrinin sülhməramlıları ilə birlikdə Livanda genişmiqyaslı əməliyyat keçirib və bu əməliyyat zamanı İsraillə həmsərhəd 18 yaşayış məntəqəsində mühafizə postları yerləşdirilib. Busaat.az xəbər verir ki , bu barədə ordunun mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Mətndə deyilir: “Livan əsgərləri öhdəliklərini yerinə yetirməkdən və qoşunları işğal olunmuş Livan ərazilərindən çıxarmaqdan imtina edən İsrail düşməni tərəfindən atəşkəs rejiminin davamlı pozulmasının qarşısını almaq üçün həmin yaşayış məntəqələrinə daxil olublar”.

Mesajda bildirilir ki, Livan ordusu yanvarın 26-da cənub bölgələrinə qayıdan dinc vətəndaşların qayğısına qalacaq.

“Bundan əlavə, sakinləri bir sıra yaşayış məntəqələrində minatəmizləmə əməliyyatı başa çatana qədər sayıq olmağa və hərbi komandanlığın göstərişlərinə əməl etməyə çağırırıq”, – deyə məlumatda vurğulanıb.

Respublika Səhiyyə Nazirliyi yanvarın 26-da Livanın cənubunda İsrail hərbçilərinin snayper atəşi nəticəsində ölənlərin sayının 15-dən 22-yə, yaralıların sayının isə 83-dən 124-ə yüksəldiyini bildirib. Zərərçəkənlər arasında 12 qadın da var. Departamentdən verilən məlumata görə, “60 günlük atəşkəs razılaşmasının müddəti bitdikdən sonra evlərinə qayıtmağa çalışan silahsız insanlara atəş açılıb”.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, hərbçilər Livanın cənubunda əsgərlərə yaxınlaşan şübhəli şəxslərin aşkar edildiyi bir sıra bölgələrdə təhlükələri aradan qaldırmaq üçün xəbərdarlıq atəşi açıblar.

Ağ Ev daha əvvəl İsrail və Livan arasında atəşkəs razılaşmasının uzadıldığını açıqlamışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki