Məzmuna keç
  • Brent neft91.82 $▲0.43%
  • WTI neft86.22 $▲0.64%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.264 $▲1.59%
  • Qızıl4 029 $▼2.34%
  • Gümüş51.19 $▼3.86%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.00 ¢▲0.72%
  • Bitcoin73 137 $▼2.82%
  • Ethereum2 027 $▼4.96%
  • S&P 5007 484▼0.86%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hadisə

Lökbatandakı yanğında tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb

image-lzakhip6ebvfczsumqbpejoe3e0mplieoj4kjp65_825-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Lökbatanda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb.

Busaat.az xəbər verir ki, Təbərrük İsmayılova dekabrın 10-da müalicə aldığı xəstəxanada həyatını itirib.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Qeyd edək ki, yanğın dekabrın 5-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.

Nəticədə meydana gələn qatı tüstüdən binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov ölüblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=177873