“Lotu Quli”nin öldürülməsi ilə bağlı İNANILMAZ İDDİALAR – Əmri bu şəxs verib?backend

Antalyada öz yaxın adamı tərəfindən öldürülən Lotu Qulinin qətlini kim(lər) sifariş etdiyi barədə iddialar səngimir.

Busaat.az Musavat.com-a istinadən xəbər verir ki, əsas şübhələrin 2016-cı ilin 18 avqustunda qətlə yetirilən Rövşən Lənkəranskinin klanı üzərində cəmləşməsi sirr deyil. Amma o da şübhəsizdir ki, Qulinin ölümünü istəyən yeganə klan Lənkəranskilər olmayıb. Quli son vaxtlar bəzi gürcü, erməni, kürd, çeçen və slavyan klanlarının ayrı-ayrı üzvləri ilə konflktdə idi. Bu səbəbdən də kələfin ucu xeyli dolaşıb, xüsusilə qətli törədənin hadisədən bir neçə dəqiqə əvvəl çəkdiyi videonu 4 ayrı-ayrı yerə göndərməsi sualları daha da artırıb.

– Advertisement –

İndi əsas diqqət Krasnodarda həbsdə olan və “1 nömrəli oğru”, yaxud “kriminal aləmin kralı” statusunu həbsdə olsa da, özündə saxlayan milliyyətcə yezidi kürdü olan Zaxari Kalaşova (Şakro Molodoy) yönəlib. Nəzərə alsaq ki, vaxtilə o, Qulinin qardaşı Namiq Səlifovun (Namik Bakinski) “qanuni oğru” adının alınması məsələsini qaldırmış, son olaraq isə öz həbsxana kamerasında Lotu Quliyə bu yazıda toxunacağımız bir hadisəyə görə ölüm hökmü çıxarmışdı.

Lənkəranskini Şakro Molodoy öldürtdürə bilərdi, niyə?

2016-cı ilin iyununda Zaxari Kalaşov gözlənilmədən həbs edildi. Rusiyanın bəzi internet portalları konkret cinayətə və qətlə görə saxlanılan Şakro Molodoyun həbsində Rövşən Lənkəranskinin əli olduğunu iddia edirdilər. Məlumdur ki, Şakro İspaniya həbsxanasında cəza çəkəndə onun yaxın silahdaşı Aslan Usoyan (Ded Xasan) öldürüldü. Bu qətildə əli olduğu deyilən Lənkəranski və onun gürcü şərikləri tezliklə Ded Xasan klanının bir çox sektorlarına nəzarəti ələ keçirə bildilər.

Şakro həbsxanadan çıxandan sonra Ded Xasanın mirası və klanına nəzarət üçün savaşa başladı. İrəvanda keçirdiyi ilk “sxodka”da Lənkəranski də daxil olmaqla, 10-a qədər kriminal avtortetin “oğru” statusunun geri alınması haqda qərar çıxardı.

Bu səbəbdən də Şakronun həbsi Lənkəranski də daxil olmaqla, düşmənlərinin qisası kimi izah edilirdi. Şakro həbs ediləndən təxminən ay yarım sonra Lənkəranski Türkiyədə qətlə yetirildi… Bu qətli isə Şakrodan daha çox, həmin vaxt Bakıdakı 8 saylı həbsxanada cəza çəkən Qulinin “ayağına yazdılar”…

Şakro Molodoyla konflikt – bu dəfə Lotu Qulinin qətli…

Ötən ilin avqustun sonunda baş vermiş bir hadisə Quli və bəzi qanuni oğrular arasında ciddi qarşıdurmaya səbəb oldu. Məsələ ondadır ki, Quli ilə yaxınlaşan qanuni oğru Quram Çixladzenin Lənkəranskinin adamları ilə yaxınlığı üzə çıxmışdı. Quli isə iddialara görə, Quramın Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklini gördükdən sonra şillədib, ondan uzaq durmasını istəyib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı frayer Arman Cumagəldiyev edib.

Bu insident tezliklə cinayət aləmində böyük rezonans doğurdu. 1994-cü ildə – Quram 6 yaşında olanda onun gözləri önündə atası – qanuni oğru Aftandil Çixadzeni və anasını öldürüblər. Bu hadisədən sonra Şakro Molodoy da daxil, qanuni oğrular Quramı öz himayələrini götürüblər. 16 yaşında ona qanuni oğru titulu veriblər. Qətldən 20 il sonra Moskvaətrafı Krasnoqorsk vilayətdəki ticarət mərkəzində Çixadzelərin qatili hesab olunan David Melkadze güllənib, qısas qiyamətə qalmayıb.

Quli ilə insidentdən sonra Şakro Molodoy və daha bir nüfuzlu qanuni oğru Badri Koquaşvili Quramın müdafiəsinə qalxıb. Şakro deyib ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir. Bu dəfə isə bir “sxodka” da Badri ilə Qulinin münasibətləri gərginləşir. Baş verənlərdən sonra Koquaşvili cidd-cəhdlə hər kəsə Qulinin “oğru” adlandırıla bilinməyəcəyini və bununla bağlı qərar verilməsinə çalışır. Bu işdə ona Şakro Molodoy da dəstək verir.

Şakro Molodoy “hökm”ləri hansı həbsxanadan verir?

Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib. Məhkəmənin hökmü ilə 9 il 10 aylıq həbs cəzası alan Şakro artıq 2 ilə yaxındır ki, Krasnodardakı 2 saylı cəzaçəkmə müəssisəsindədir.

Şakronun hara köçürüləcəyi hələ o, Moskvada istintaq təcridxanasınında olanda kriminal aləmi maraqlandırırdı. Çünki nüfuzlu qanuni oğru bir neçə il Rusiyanın kriminal aləminə buradan idarə etməli (təsir etməli) olacaqdır.

Kuban bölgəsi kriminala həmişə həssas olub. Şakro üçün burada demək olar, bütün şərait yaradılıb ki, hətta tikanlı məftillər arxasında aparıcı mövqeyini qorusun.

Krasnodardan Dvubratski kəndinə qədər – təxminən 60 kilometrdir. Penitensiar sistem işçiləri buranı “Tyurmaqorod” adlandırır. Dvubratskidə həbsxana ötən əsrin 30-cu illərindən var. Qətl və xüsusilə ağır cinayətlərdə suçlananlar və residivistlər buraya cəza çəkməyə göndərilir. Burada bütün Krasnodar vilayətinin həbsxanasının yarısı yerləşir.

İki tibbi müalicə müəssisəsi, vərəmli dustaqlar üçün xəstəxana, 3 nömrəli qadın koloniyası (“troyka”da adlanır) və Şakronun köçürüldüyü 2 saylı ciddi rejimin kişilər koloniyası (bura isə “dvoyka həbsxanası” kimi tanınır). Koloniyalar hər zaman dolu olur, çünki Rusiyanın bir çox yerlərindən məhbuslar bura cəza çəkməyə göndərilir. Son məlumata görə, burada 5 minədək dustaq var. Bu, qəsəbənin əhalisindən iki dəfə çoxdur.

Dvubratski kəndində yaşayanların əksəriyyəti də həbsxanalarda işləyənlər və onların ailələridir. Kənd Pentensiar Xidmətin balansındadır.

Kəndin istilik, su, elektrik verilməsi koloniyaların hesabınadır.

2 saylı koloniyaya uzun illərdir ki, polkovnik Viktor Qovoruxin rəhbərlik edir. 2 saylı cəzaçəkmə müəssisəsi Krasnodar ərazisində ən böyük həbsxanadır. Burada məhkumların sayı təxminən 2000 nəfərdir. Onların əksəriyyəti Kuban sakinləridır.

Koloniyada orta məktəblər və peşə məktəbləri var. Məhkumlar elektrik qaynaqçı, torna, kərpic, tikiş və digər ixtisaslara yiyələnirlər. Koloniyanın öz çörəkbişirmə sexi var. 2002-ci ildən koloniyanın ərazisində kilsə də fəaliyyət göstərir. Bu kilsəni də dustaqlar xeyriyyəçilərin yardımı hesabına özləri tikib.

P.S. Videoda Şakronun sonuncu dəfə həbs edildikdə istintaq təcridxanasında oğru salamlaşmasıdır.