“Lotu Quli”nin yas mərasiminə polis basqını – VİDEObackend

Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifova Moskvada təşkil olunan yas mərasiminə polis basqını olub.

“CrimeTime” YouTube kanalında yerləşdirilmiş görüntülərə əsasən yas mərasiminin keçirildiyi və 200-ə yaxın adamın toplaşdığı zala daxil olan xüsusi təyinatlı polislər mərasim iştirakçılarını döşməyə uzadıb. Və onların kimliyini dəqiqləşdirir.

Mərasimə qatılanlardan biri özünü Məmmədov Əjdər Batıxan oğlu kimi təqdim edir, Moskvada bizneslə məşğul olduğunu bildirir. Əvvəlcə deyir ki, ora qardaşı, ötən ilin sentyabrında öldürülmüş Elşənin hüzr məclisinə gəlib. Daha sonra Nadir Səlifovun yasına gəldiyini təsdiqləyir, onun qohumu olduğunu deyir…(virtualaz.org)