Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məşhur türk aşpaz Nüsrət Gökçenin restoranında olub və özünə üzəri nazik qızıl səthi ilə örtülmüş 1000 dollarlıq steyk sifariş edib.
Bu barədə Busaat.az Gökçenin instaqram səhifəsinə istinadən bildirir.
Aşpaz ənənəsinə uyğun olaraq əti özünəməxsus şəkildə doğrayıb, onu duzlamağı isə Konora həvalə edib.
N.Gökçenin bu videosu 7 milyona yaxın izləmə sayı, 8 mindən çox şərh toplayıb.Qafqazinfo