Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.42 $▼3.30%
  • WTI neft83.29 $▼1.71%
  • Avropa qazı (TTF)82.15 €▼3.90%
  • Təbii qaz (ABŞ)3.262 $▲3.16%
  • Qızıl3 760 $▼0.70%
  • Gümüş45.24 $▼1.26%
  • Pambıq80.95 ¢▼0.52%
  • Buğda597.75 ¢▼1.24%
  • Bitcoin63 477 $▼2.15%
  • Ethereum1 769 $▼2.94%
  • S&P 5007 331▼0.12%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Makron, Merkel və Zelenskidən Rusiyaya çağırış

image-makronmerkelzelenski01
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniya Federal Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski üçtərəfli danışıqlarda Rusiyanı Ukrayna ilə sərhəddə qoşunlarının artırılmasını dayandırmağa çağırıb.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Zaybert bildirib.

Söhbət Zelenskinin Parisə səfəri zamanı baş tutub, Merkel videobağlantı vasitəsilə danışıqlarda iştirak edib.

“Federal Kansler, Prezident Makron və Prezident Zelenski xüsusilə Ukrayna-Rusiya sərhədində, eləcə də Ukraynanın şərqində təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər. Onlar Ukrayna ilə sərhəddə Rusiyanın hərbi mövcudluğunun artmasından, həmçinin qeyri-leqal şəkildə ilhaq edilən Krımla bağlı narahatlığını bölüşürlər. Onlar vəziyyətin deeskalasiyasına nail olmaq üçün bu hərbi qüvvənin dayandırılmasını tələb ediblər”, – Zaybert jurnalistlərə bildirib.

Merkel və Makron, həmçinin Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. “Onlar Minsk razılaşmalarının hər iki tərəfdən tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar və bəyan ediblər ki, Almaniya və Fransa “Normand formatı”nda öz səylərini davam etdirəcəklər”, – Zaybert əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=43963