Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.52 $▼3.19%
  • WTI neft83.40 $▼1.58%
  • Avropa qazı (TTF)82.65 €▼3.31%
  • Təbii qaz (ABŞ)3.198 $▲1.14%
  • Qızıl3 772 $▼0.38%
  • Gümüş45.68 $▼0.29%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda600.50 ¢▼0.78%
  • Bitcoin64 239 $▼0.98%
  • Ethereum1 802 $▼1.15%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Makron “Pegasus”a görə telefonunu və nömrəsini dəyişdirdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa Prezidenti Emmanuel Makron “Pegasus” casus proqramı ilə telefonunun dinlənilməsi iddialarından sonra mobil telefonunu və nömrəsini dəyişdirib.

BUSAAT.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Makronun özünə məxsus dörd telefondan hansının istifadəsini dayandırdığı açıqlanmayıb.

Bildirilib ki, Makronun telefonunun dinlənilib-dinlənilmədiyini müəyyən etmək üçün araşdırmalar hələ davam edir və təhlükəsizlik protokolları gücləndirilib.

Xatırladaq ki, müxtəlif ölkələrin 17 KİV-nin və Fransada yerləşən “Forbidden Stories” qeyri-hökumət təşkilatının yaydığı araşdırmaya əsasən, bütün dünya üzrə çox sayda ölkələr 50 mindən çox insanı izləyə bilib.

Sözügedən izlənmə üçün isə “NSO” adlı İsrail şirkətinin yaratmış olduğu “Pegasus” casus proqramından istifadə olunub. Bildirilir ki, telefon danışığı dinlənilən şəxslər arasında Fransa Prezidenti Emmanuel Makron da olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=52923