Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.52 $▼3.19%
  • WTI neft83.40 $▼1.58%
  • Avropa qazı (TTF)82.65 €▼3.31%
  • Təbii qaz (ABŞ)3.198 $▲1.14%
  • Qızıl3 772 $▼0.38%
  • Gümüş45.68 $▼0.29%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda600.50 ¢▼0.78%
  • Bitcoin64 239 $▼0.98%
  • Ethereum1 802 $▼1.15%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Makronun Azərbaycana səfəri gözlənilir

Emmanuel Makron
Emmanuel Makron
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Bu gün isə məlum olub ki, Makronun İrəvan ilə yanaşı, Bakı və Tbilisiyə də səfər etmək ehtimalı var.

Busaat.az  xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun Ermənistan şöbəsinə verdiyi müsahibəsində Fransa Prezidentinin bu səfərinin regional xarakter daşıdığını deyib.

“Bu görüşün məhz nə vaxt reallaşacağını soruşsanız, deyə bilərəm ki, görüş ən faydalı olacağı zaman baş tutacaq. Ən faydalı zaman səfərin regionda siyasi prosesi irəlilətməyə, Azərbaycan və Ermənistana problemli məsələlərdə inkişafa nail olmağa imkan verəcəyi vaxtdır. Beləliklə, səfərin tarixi və parametrləri bu məqsədə uyğun olaraq təyin olunacaq”, – deyə səfir deyib.

Bununla yanaşı, jurnalistin E.Makronun səfərinin regional olub-olmaması barədə suala cavab verən Conatan Laot bildirib:

“Prezident Makronun regionun bütün liderləri ilə danışıqlar aparması məntiqli olardı. Bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək, Azərbaycan və Ermənistan arasındakı siyasi prosesə töhfə vermək imkanımız var”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=52981