Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.33 $▲0.96%
  • WTI neft87.16 $▲0.60%
  • Avropa qazı (TTF)87.39 €▲2.87%
  • Təbii qaz (ABŞ)3.311 $▲0.61%
  • Qızıl4 056 $▲0.06%
  • Gümüş52.93 $▲0.78%
  • Pambıq82.68 ¢▲5.63%
  • Buğda599.25 ¢▲0.88%
  • Bitcoin73 956 $▲0.35%
  • Ethereum2 060 $▲0.48%
  • S&P 5007 521▼0.37%
11°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Cəmiyyət

Manaf Ağayev polisə tabe olmayıb, söyüş söyərək qaçmaq istəyib - 4 ay əvvəlki həbsin təfərrüatı

image-manaff
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin fevralında tanınmış müğənni Manaf Ağayevin Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün həbs olunmuşdu.

“Qafqazinfo” müğənninin 4 ay əvvəlki həbsi ilə bağlı bir sıra təfərrüatları əldə edib.

Belə ki, fevralın 17-də onun Füzuli aeroportuna getməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmaq məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları axşam saatlarında Manaf Ağayevin Nərimanov rayonunda yerləşən evinə gediblər. Onu baş idarəyə dəvət ediblər. Bu zaman müğənni ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozub. Polis əməkdaşları onu intizama dəvət etdikdə o, irada məhəl qoymayıb və nalayiq söyüşlər söyməyə davam edib. M.Ağayevi BMCMİ-yə gətirmək istəyərkən o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin sonradan polis əməkdaşları onu baş idarəyə gətiriblər. Manaf Ağayev barəsində tərtib olunan protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Müğənni məhkəmədə isə özünü tam təqsirli bildiyini deyib: “Evimin qarşısında tanımadığım şəxslə mübahisə edərkən polis əməkdaşları yaxınlaşıb ictimai qaydaya riayət etməyimi tələb etdilər. Lakin həmin gün əsəbi olduğumdan polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədim, yüksək səslə danışdım. Nalayiq ifadələr işlətdim. Əməlindən peşmanam. Bir daha belə qanun pozuntusu törətməyəcəyəm”.

Məhkəmə bu qənaətə gəlib ki, M.Ağayev İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələrində nəzərdə tutulmuş xətaları törədib. Daha ciddi xətanın (535.1) sanskiyası əsas götürüldüyü üçün o, 15 gün müddətinə inzibati həbs edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79605