“Mançester Siti”nin müdafiəçisi kareyrasını “Əl-Nəsr”də davam etdirəcək

image-emerik-laportbackend

İspan müdafiəçi Emerik Laport karyerasını Kriştiano Ronaldo və Sadio Manenin oynadığı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirəcək.

Busaat.az-ın əldə etdiyi məlumata görə, “Mançester Siti” Laportu 25 milyon funta (29,2 milyon avro) “Əl Nəsr”ə transfer etmək üçün prinsipial razılığa gəlib. Bildirilir ki, Emeriçə 2026-cı ilə qədər müqavilə təklif olunub, ona görə də oyunçu üç mövsümün hər biri üçün təxminən 15 milyon avro alacaq.

Laport karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə hazırdır və “Əl-Nəsr”in təklifi ilə razılaşıb.

“Transfermarkt” ispan futbolçunun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir. 29 yaşlı müdafiəçi “Atletik Bilbao”da çıxış edib və hazırda “Mançester Siti”nin oyunçusudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki